Kavani "Real"a təklif olunub

PSJ-nin sabiq hücumçusu Edinson Kavani karyerasını İspaniyada davam etdirə bilər. Newsport.az “Marca” nəşrinə istinadən xəbər verir ki, uruqvaylı forvard “Real” klubuna təklif edilib.

Məlumata görə, Madrid təmsilçisi futbolçunun agentinin bu təklifinə konkret cavab verməyib. Oyunçunun yüksək maaş tələb etməsi transferin gerçəkləşməsinə mane ola bilər.

Qeyd edək ki, Kavaninin Portuqaliyanın “Benfika” klubuna keçidi də maliyyə səbəbindən reallaşmadı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right