"Barselona" Suaresi razı sala bilmir

“Barselona” hücumçusu Luis Suaresi komandadan göndərməkdə israrlıdır. Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, rəhbərlik uruqvaylı forvardla anlaşa bilmir.

33 yaşlı hücumçu “Yuventus”la razılığa gəlməyə yaxındır. Ancaq onun Kataloniya klubu ilə müqaviləsi davam edir. Rəhbərlik sözləşməyə xitam vermək üçün Suaresə 7 milyon avro ödəməyi təklif edib. Təcrübəli forvard isə maaşının tamamının (15 milyon) verilməsini istəyir.

Qeyd edək ki, hücumçu ötən mövsüm “Barselona”nın heyətində 36 oyun keçirib və 21 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right