"Liverpul" portuqaliyalı futbolçunun transferini açıqladı

"Liverpul" daha bir transferini açıqlayıb.

 

Newsport.az-ın məlumatına görə, "qırmızılar" "Vulverhempton"un vingeri Dioqu Jotanı rənglərinə bağlayıb. 23 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb.

 

Mersisaydlılar bu keçid üçün 42 milyon avro təzminat ödəyib. O, yeni komandasında 20 nömrəli formada çıxış edəcək.

 

"Vulverhempton" portuqaliyalı futbolçunu 2018-ci ildə Madrid "Atletiko"sundan 14 milyon avroya transfer edib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah