FIFA milliləşdirmə qaydalarına dəyişiklik etdi

FIFA futbolçuların milli komandanı dəyişməsi ilə bağlı qaydalara dəyişiklik edib.

Newsport.az-ın məlumatına görə, bu barədə BBC-nin əməkdaşı Pyers Evards özünün tvitter hesabında yazıb. O qeyd edib ki, FIFA Konqresi hər hansı milli komanda üçün bir rəsmi matça çıxan futbolçunun başqa yığmada oynaya bilməsi barədə qərarı təsdiqləyib. Ancaq əgər futbolçu həmin görüşü böyük turnirlərin (DÇ, Konfederasiyalar Kuboku və s.) final mərhələsində keçiribsə, komandasını dəyişə bilməyəcək.

İndiyə qədər bir ölkənin əsas millisində meydana çıxmış futbolçusunun yığma komandasını dəyişməsinə icazə verilmirdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right