UEFA "Avropada ilin futbolçusu" mükafatına namizədləri açıqladı

UEFA 2019-2020 mövsümündə “Avropada ilin futbolçusu” mükafatına layiq namizədlərini açıqlayıb. Newsport.az xəbər verir ki, siyahıda  ötən mövsüm Çempionar Liqasının sahibi olan “Bavariya” klubundan 7 futbolçu yer alıb.

Hər mövqe üçün 3 oyunçu namizəd göstərilib. Futbolçular ötən mövsüm ÇL-nin qrup mərhələsinə qatılan klubların baş məşqçiləri və UEFA-ya üzv olan ölkələrin 55 jurnalistinin səsverməsi ilə seçilib.

Qapıçılar: Keylor Navas (PSJ), Manuel Noyer (“Bavariya”), Yan Oblak (“Atletiko”)

Müdafiəçilər: David Alaba, Alfonso Davies, Coşua Ximmik (hamısı “Bavariya”)

Yarımmüdafiəçilər: Kevin De Bruyne (“Mançester Siti”), Tomas Müller (“Bavariya”), Tiaqo Alkantara (“Bavariya”)

Hücumçular: Robert Levandovski (“Bavariya”), Kilian Mbappe (PSJ), Neymar (PSJ)

İlin oyunçusu adına layiq görülən oyunçulara mükafatları oktyabrın 1-də ÇL-nin yeni mövsümünün püşkatma mərasimində təqidm ediləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right