Kastanye "Qarabağ"a vurduğu qolla birinci oldu

"Şerif"in avqustda vurduğu ən yaxşı qol müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, sorğu Tiraspol təmsilçisinin sosial şəbəkə hesablarında azarkeşlər tərəfindən aparılıb.

Komandanın Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda "Qarabağ"la görüşdəki qolu səsvermədə birinci olub. 78-ci dəqiqədə endirilmiş dəqiq zərbənin müəllifi Frank Kastanyeda olub.

"Qarabağ" "Şerif"i 2:1 hesabı ilə məğlub edərək III təsnifat mərhələsinə yüksəlib. Ağdam təmsilçisi bu gün Norveç "Molde"si ilə üz-üzə gələcək. "AEK Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right