"Latsio" Muriki transferini açıqladı

"Latsio" "Fənərbaxça"nın hücumçusu Vedat Murikini transfer edib.

 

Newsport.az klubun saytına istinadla xəbər verir ki, Roma təmsilçisi bu keçid üçün 20 milyon avrosundan keçib.

 

Kosovo yığmasının üzvü ilə 5 illik müqavilə imzalanıb. 26 yaşlı mərkəz hücumçusu illik 2 milyon avro maaş alacaq.

 

"Fənərbaxça" Murikini 2019-cu ilin yayında "Rizəspor"dan 5 milyon avro və 3 futbolçu qarşılığında transfer etmişdi. Kosovolu futbolçu ötən mövsüm keçirdiyi 36 oyunda 17 qol vurub, 7 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right