Azərbaycandan getdi, indi ölüm təhlükəsi yaşayır

"Sabah"ın sabiq legioneri Rocer Roxas həyatı təhlükə yaşayır.

Newsport.az xəbər verir kibu ilin əvvəlində Azərbaycan klubunu tərk edərək Kolumbiyada "Deportes Tolima"ya keçən 30 yaşlı hücumçunun qəbul etdiyi dərmanlar həm karyerasını, həm də həyatını təhlükəyə atıb.

Xroniki əzələ ağrılarından əziyyət çəkən forvard klubun həkimlərindən icazə almadan dərman qəbul edib ki, bu da hiperkalemiyaya - yəni bədəndə kaliumun çoxluğuna səbəb olub.

İndi honduraslı futbolçu 3 ay məşq etməməlidir. Əks təqdirdə qəfil ölüm hadisəsi yaşana bilər. Bu da o deməkdir ki, Roxas ilin sonuna qədər futboldan uzaq qalacaq və yanvarda azad agent statusuna yiyələnəcək.

Ancaq "Deportes Tolima"nın baş məşqçisi Ektor Torres Olivos bununla bağlı təlimat almadığını söyləyib: "Roxasın zədədən əziyyət çəkdiyi doğrudur. Ancaq heç kim onun 3 ay oynamayacağını bildirməyib. Nə həkim, nə də klub prezidenti bu müddətdə futbolçunu meydana buraxa bilməyəcəyimi deyib".

Rocer Roxas ötən ilin yayında Kosta-Rika klubu "Alaxuelense"dən "Sabah"a keçsə də, cəmi 6 ay sonra Bakı təmsilçisi onunla yollarını ayırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right