"Qalatasaray"ın yeni transferi "Neftçi" görüşünə hazır olacaq

“Qalatasaray” zədəli futbolçusu Emre Kılınçın durumuna aydınlıq gəlib. Newsport.az xəbər verir ki, Super Liqanın ilk turunda "Qazinatep" matçının 80-ci dəqiqəsində məcburi əvəzlənən oyunçu Bakıya gələcək heyətdə yer alıb.

Emrenin zədəsinin ciddi olmadığı və Avrora Liqasının II turunda “Neftçi”yə qarşı görüşdə oynaya biləcəyi bildirilir.

Xatırladaq ki, Fernando Muslera, Ahmet Çalık, Emre Taşdemir, Valentin Ozornvafor, Emre Akbaba, Kərəm Aktürkoğlu və Oğulcan Çağlayan Bakıya gətirilməyib.

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right