“Valensiya” 3 xalı 4 qolla qazandı

Futbol üzrə İspaniya çempionatında yeni mövsümün ilk turunun oyunları keçirilib.
 
Newsport.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
 
“Vilyarreal” bu turda “Hueska” ilə, “Valyadolid” “Real Sosyedad”la münasibətlərinə aydınlıq gətirib. Hər iki oyunda komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. 
 
“Betis” səfərdə “Alaves”dən minimal hesabla üstün olub. Altı qolun qeydə alındığı “Valensiya” – “Levante” matçında isə meydan sahibləri qələbəni bayram ediblər.
 
Bu tur keçirilməli olan “Barselona” – “Elçe”, “Real” – “Xetafe” və “Atletiko” – “Sevilya” matçları təxirə salınıb.
 
İspaniya La Liqası
1-ci tur
12 sentyabr
 
Eybar – Selta 0:0
 
Qranada – Atletik 2:0
Qol: Herrera, 49. Milya, 53.
 
Kadis – Osasuna 0:2
Qol: Adrian, 10. R.Qarsiya, 79.
 
13 sentyabr
 
Alaves – Betis 0:1
Qol: Telyo, 90+4.
 
Valyadolid – Real Sosyedad 1:1
Qol: Miçel, 39 – Lopes, 60.
 
Vilyarreal – Hueska 1:1
Qol: Moreno, 68-pen – Maffeo, 42.
 
Valensiya – Levante 4:2
Qol: Qabriel, 12. M.Qomes, 39. Valyexo, 75; 90+4 – Morales, 1; 36.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right