"Barselona"nın yeni 7 nömrəsi

“Barselona”nın futbolçusu Antuan Qrizmann forma nömrəsini dəyişdirib.

Newsport.az-ın məlumatına görə, 29 yaşlı hücumçu yeni mövsümdən 7 nömrəli forma ilə çıxış edəcək.Bundan əvvəl bu nömrəli forma ötən mövsümü icarə əsasında “Bavariya”dan keçirən Filipe Koutinyoya məxsus idi.

Qeyd edək ki, fransalı oyunçu ötən mövsüm 17 nömrəli formanı geyinirdi.

Xatırladaq ki, Qrizmann 2019/2020 mövsümündə İspaniya Futbol Federasiyasına forma nömrəsini dəyişdirmək üçün müraciət etmişdi. Lakin futbolçuya mövsümün ortasında belə bir dəyişiklik üçün icazə verilmədiyi bildirilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right