“Fənərbaxça” onları icarəyə verdi

“Fənərbaxça” iki futbolçusunu icarəyə göndərib.
 
Newsport.az xəbər verir ki, Super Liqa təmsilçisi Məhəmməd Gümüşkayanı “Boluspor”a, Emre Nasuhu isə “Turqutluspor”a icarəyə verib.
 
Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Gümüşkaya 1 illik icarəyə verilsə də, “Boluspor”un 20 yaşlı yarımmüdafiəçini birdəfəlik transfer etmək hüququ da var. Emre Nasuh isə qarşıdakı mövsümün sonuna qədər “Turqutluspor”un uğurları üçün çalışacaq.
 
“Fənərbaxça”nın sloveniyalı yarımmüdafiəçisi Mixa Zaytsı da İtaliyanın “Cenoa” klubuna icarəyə verməsi gözlənilir. Bu keçid artıq tam razılaşdırılıb və tezliklə rəsmən açıqlanacaq. İtaliya klubunun 26 yaşlı futbolçunu satınalma şərti ilə icarəyə götürəcəyi bildirilir.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right