"Barselona"da prezident seçkilərinin vaxtı açıqlandı

"Barselona"da növbəti prezident seçkilərinin vaxtı açıqlanıb.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, seçkilər 2021-ci ilin 20-21 mart tarixlərində keçiriləcək. Müxtəlif yerlərdə gerçəkləşəcək seçkidə həm də poçt vasitəsilə  səsvermə mümkün olacaq.

Seçkilərin bu cür təşkili koronavirus pandemiyasının səbəb olduğu mövcud vəziyyətlə bağlıdır.

Qeyd edək ki, "Barselona"nın hazırkı prezidenti Jozep Bartomeu ardıcıl 2 dəfə bu vəzifəyə seçildiyi üçün seçkilərdə iştirak edə bilməyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right