"Yuventus" "Çelsi"nin hücumçusu ilə anlaşdı

"Çelsi"nin hücumçusu Olivier Jiru karyerasını İtaliyada davam etdirəcək. Newsport.az “Sky Italia” nəşrinə istinadən xəbər verir ki, fransalı forvard "Yuventus"a keçməyə yaxındır.

Məlumata görə, Turin klubu 33 yaşlı oyunçu ilə iki illik müqavilə imzalayıb. O, “Yuventus”da ildə 4,5 milyon avro qazanacaq.

A Seriyası təmsilçisi futbolçu ilə anlaşsa da, “Çelsi” ilə danışıqları davam etdirir. London klubu Jirunun satışından 5 milyon avro qazanmaq niyyətindədir.

Xəbərdə “Yuventus”un “Roma”nın forvardı Edin Ceko və “Barselona”nın hücumçusu Luis Suareslə də maraqlandığı vurğulanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right