Ötən mövsüm "Qarabağ"da oynayan futbolçu ilə bağlı qərar verildi

“Qarabağ”ın futbolçusu Aylton Silvanın müqavilə ilə məxsus olduğu “Ştutqart” klubundakı gələcəyinə aydınlıq gəlib.

 

Newsport.az xəbər verir ki, Bundesliqa klubu 25 yaşlı sol cinah müdafiəçisini gələcək planında görmür. Bu barədə komandanın çalışdırıcısı Pelleqrino Matarazzo məlumat verib. 42 yaşlı mütəxəssis braziliyalı futbolçuya klub tapmalarını tapşırdıqlarını bildirib.

 

2017-ci ildə 2,5 milyon avroya "Eştoril"dən transfer edilən braziliyalı futbolçu 3 dəfə icarəyə verilib. Silva ötən mövsümü Azərbaycan çempionu "Qarabağ"da keçirib. O, Ağdam klubunda keçirdiyi 27 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə edib. Ayltonun "Ştutqart" ilə 2021-ci ilin iyunun 30-dək sözləşməsi var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right