“Molde”nin ədalətsizliyi bizi məyus edir” - Tahir Gözel

“Qarabağ”ın prezidenti Tahir Gözel UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində baş tutacaq “Qarabağ” – “Molde” görüşünün yeri ilə bağlı yaranan problem barədə danışıb.

Newsport.az xəbər verir ki, klub rəsmisi Norveç təmsilçisinin ölkəsinə qayıtdığı zaman 10 gün karantində qalacağını əsas tutaraq Bakıya gəlmək istəməməsini ədalətsizlik adlandırıb.

Gözel bildirib ki, bu məsələdə “Qarabağ” haqlı tərəfdir: “Hal-hazırda yaranmış vəziyyət həqiqətən çox üzücüdü. Norveç  tərəfinin bəlli ədalətsizliyi bizi həqiqətən məyus edir.  Bu məsələdə “Qarabağ”  tərəfi  sonuna qədər haqlı olsa da UEFA  Norveç tərəfinin haqsız inadkarlığı nəticəsində oyunun neytral meydançada keçirilməsinə yönəlib. Biz hər zaman ədalətli oyunun tərəfdarı olmuşuq.

Əgər püşk bizi Norveçdə oynamağa göndərsəydi, məmnuniyyətlə bunu edərdik. Amma görünən odur ki, qarşı tərəf fərqli bəhanələrlə Azərbaycana gəlməkdən qaçaraq neytral meydanda oynamaq istəyir. Biz nə texniki məğlubiyyət, nə də texniki qələbə istəyirik. AFFA rəhbərliyi ilə müzakirələrimiz nəticəsində qarşılaşmanın 3-cü ölkədə keçirilməsi haqqında qərar verilsə,  razılıq verəcəyik.  Buna səbəb bizim futbolu yaşıl meydanda olan bir oyun kimi görməyimizdi. Mən komandama inanıram. Və bu qarşılaşmanın yaşıl meydanda qazanılmasını arzulayıram. Qərar nə olursa-olsun komandamın yanındayam və sona qədər dəstəyimi əsirgəməyəcəm”.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right