UEFA mükafatları azaldacaq Klublar Birliyinin sədri danışdı

Avropa Klublar Birliyinin rəhbəri Andrea Anyelli növbəti iki mövsümdə qitə klublarının böyük gəlirdən məhrum olacağını açıqlayıb.

 

Newsport.az xəbər verir ki, "Yuventus"un prezidenti bunları deyib:

 

"Qitənin klub yarışları üçün bu mövsüm TV və sponsorlardan 3,25 milyard avro gəlir gözlənilir. Əlbəttə, bu məbləğin hamısı klublarla paylanılmayacaq. Önümüzdəki iki mövsümdə pandemiyaya görə 4 milyard avro itki olacaq. UEFA son detalları hazırlayır. Yarışlar üçün ödəniləcək mükafatlar 575 milyon avro azalacaq. Çünki sponsorlar pandemiyaya görə endirimlər ediblər".

 

İtaliyalı funksioner oyunların azarkeşsiz keçirilməsinin futbola təsiri barədə də danışıb:

 

"Əlbəttə, oyunların azarkeşsiz keçirilməsi klublara maddi ziyan vurdu. Hətta sponsor və yayım gəlirlərində yenidən endirimlərin olması gözlənilir. Bunların sonunda futbolçuların transfer qiyməti və maaşlarının 20-30 faiz azalacağını gözləyirik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right