"Növbəti hədəf 109 qola çatmaqdır" Kristiano Ronaldo

Portuqaliya millisinin hücumçusu və kapitanı Kristiano Ronaldo Millətlər Liqasında İsveç üzərində qələbəni (2: 0) şərh etdi. Newsport.az xəbər verir ki, görüşdə dubl edən 35 yaşlı futbolçu qırdığı yeni rekorda bağlı da danışıb:

“Qələbədən məmnunam və əlbəttə ki, 100-cü qolu vurmağım məni çox xoşbəxt edir. Gənc oyunçularla mübarizə aparmaqdan xoşum gəlir. Futbolu həm fərdi, həm kollektiv oynamağı sevirəm. Barmağımda problem olanda növbəti görüşə hazır olacağımı bilirdim. Çox yaxşı komandamız var. Oyunçular, məşqçilər heyəti hər kəs işini bilir. Ancaq heç kim əvəzolunmaz deyil. 100 qol rekordunu qırmağı bacardım. İndi növbədə 109 qolu keçməkdir”.

Qeyd edək ki, Kristiano milli komanda forması ilə Avropada 100 qol vuran ilk oyunçu olub. Yığma tarixində ən çox fərqlənməyi bacarn futbolçu isə İran millisinin sabqi üzvü Alı Daeidir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right