"Azərbaycana qarşı uşaq səhvləri etdik"

Millətlər Liqasının II turunda Azərbaycan yığmasına məğlub olan (0:1) Kipr komandası yerli mətbuatda tənqid olunub. Newsport.az xəbər verir ki, “omada.reporter.com” saytında dünənki görüşlə bağlı yazı dərc olunub.

“Ürək ağrıdan milli” başlığı ilə yazılan məqalədə Kipr millisinin yığmamıza qarşı heç nə edə bilmədiyi vurğulanıb. Həmkarlarımız komandanın Monteqroya qarşı daha yaxşı oynadığını bildiriblər:

“Turnirdə ardıcıl iki məğlubiyyət aldıq. Monteneqro millisinə qarşı oyunda aldığımız müsbət mesajlar Azərbaycan görüşündə olmadı. İlk dəqiqədən rəqibin təzyiqi hiss olunurdu. Müdafiədə uşaq səhvləri edirdik. Bu isə Azərbaycanın işini asanlaşdırdı. İkinci hissə özümüzə gəlməli olsaq da, topu saxlaya bilmədik. Bu işi görməli olan futbolçular tapşırıqların öhdəsindən gələ bilmədilər”.

Yazıda Kipr millisinin baş məşqçisi Yohan Valem də tənqid olunub. Onun Azərbaycan millisini yaxşı analiz edə bilmədiyi vurğulanıb: “Yaxşı heyət qurmaq üçün vaxt lazımdır. Ancaq iki oyunda belə faciəvi nəticə qəbuledilməzdir. Milli komanda azarkeşləri çox məyus edir”.

Qeyd edək ki, Kipr millisi ilk oyunda Monteneqroya 0:2, ikinci turda isə Azərbaycana 0:1 hesabı ilə məğlub olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right