Mbappe ilk oyunu buraxacaq

PSJ-nin futbolçusu Kilian Mbappe Fransa çempionatınının 3-cü turunda "Lens"lə oyunu buraxaq.

Newsport.az Fransa mətbuatına istinadən xəbər verir ki, buna səbəb 21 yaşlı hücumçunun koronavirusa yoluxmasıdır. Qaydalara əsasən, COVİD-19-a yoluxmuş futbolçular özlərini təcrid etməlidirlər. Ona görə də oyunçu Liqa 1-də sentyabrın 10-da keçiriləcək "Lens"lə görüşü buraxacaq.

Bundan əlavə onun sentyabrın 13-də "Marsel"lə matçda da iştirak etməməsi ehtimalı var.

Qeyd edək ki, PSJ-nin ölkə çempionatında 1-ci və 2-ci görüşləri təxirə salınıb. Bu səbəbdən "Lens"lə oyun Paris təmsilçisinin yeni mövsümdə ilk oyunu olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right