"Neftçi" Yunanıstan millisinin futbolçusu ilə maraqlanır

"Neftçi" heyətini daha bir futbolçu il  gücləndirmək istəyir. Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, paytaxt təmsilçisi Yunanıstan millisinin və "Panatinaikos"un futbolçusu Dimitris Kolovosla maraqlanır.

Məlumata görə, 27 yaşlı futbolçu klubunun planlarına daxil deyil. Yarımmüdafiəçinin komandasında qalıb-qalmayacağı dəqiq bilinmir. Kolovos 2019-cu ildən "Panatinaikos"da çıxış edir.

 O, ölkəsində "Olimpiakos", "Panionios", Kiprin "Omoniya", Belçikanın "Mexelen" və Niderlandın "Villem II" klublarının da formasını geyinib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right