Tyaqo savaşına "Barselona" da qoşuldu

Tyaqo Alkantara "Bayern"dən ayrılmağa qərar verib.

 

Newsport.az "Bild"ə istinadla xəbər verir ki, Münhen təmsilçisinin ispaniyalı yarımmüdafiıçisi komanda yoldaşları ilə vidalaşıb. Ötən mövsüm komanda ilə 3 titul qazanan 29 yaşlı futbolçu klubun yeni müqavilə təklifini qəbul etməyib.

 

Tyaqonun adı "Liverpul" və "Mançester Yunayted" ilə hallanır. Son olaraq, "Barselona"nın da keçmiş futbolçusuna təklif göndərdiyi bildirilir.

 

Alkantaranın "Bayern"lə müqaviləsi 2021-ci ilin yayında bitəcək. Bundesliqa klubu futbolçunu 2013-cü ildə "Barselona"dan 25 milyon avroya transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right