Falkao "Qalatasaray"dan ayrılır?

Türkiyənin "Qalatasaray" klubunun hücumçusu Radamel Falkao komandadan ayrılacağı barədə iddialara münasibət bildirib.

 

Newsport.az xəbər verir ki, kolumbiyalı futbolçu bu mövsüm İstanbul klubunda qalacağını deyib:

 

"Nələr olacağını bilmirəm. İki illik müqaviləm var. Bu mövsüm hələ ki buradayam".

 

34 yaşlı hücumçunun "sarı-qırmızılar"da bonuslarla birgə illik qazancı 5 milyon avrodur. Falkao ötən yay "Monako"dan "Qalatasaray"a keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right