Fatih Terimin narahatlığı

“Neftçi”nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi “Qalatasaray” təqvim sıxlığından narahatdır.

Newsport.az saytının məlumatına görə, Türkiyə klubunun baş məşqçisi Fatih Terim ardıcıl ağır oyunlar səbəbindən heyətdə tez-tez dəyişikliklər etməyi planlaşdırır.

Lakin istədiyi oyunçuların transfer olunmaması təcrübəli mütəxəssisi çətin duruma salıb. “Sarı-qırmızılılar” 16 gün ərzində 4 oyun keçirəcək ki, bu periodu itkisiz başa vurmağın yollarını axtarır. Super Liqanın açılış turunda “Qaziantep”i qəbul edəcək “cim-bom” sentyabrın 17-də Bakıda “Neftçi”nin qonağı olacaq. Azərbaycandan döndükdən sonra çempion “Başakşəhər”lə qarşılaşacaq “Qalatasaray” sentyabrın son matçını ayın 27-də “Fənərbaxça”ya qarşı keçirəcək. İki ağır oyunu nəzərə alan Fatih Terim “Neftçi” ilə görüşdə bəzi dəyişikliklərə əl ata bilər.

Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qalatasaray” görüşü saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right