Serxio Ramos dubl edərək tarixə düşdü

İspaniya millisi UEFA Millətlər Liqasının qrup mərhələsində Ukrayna yığmasını 4:0 hesabı ilə məğlub etdi. Newsport.az xəbər verir ki, qarşılaşmada dubl edən “Real”ın müdafiəçi Serxio Ramos adını tarixə yazdırıb.

34 yaşlı futbolçu millidə keçirdiyi 172 oyunda 23 qol vurğmağı bacarıb. Bununla da o, yığma komandalarda ən çox fərqlənən müdafiəçi kimi tarixə düşüb.

Ramosdan öncə bu ünvan Argentina millisinin sabiq müdafiəçisi Daniel Passarellaya məxsusdu. Onun aktivində 22 qol var idi.

Qeyd edək ki, İspaniya millisi 4 xalla A liqanın 4-cü qrupuna liderlik edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right