Azərbaycan millisini əzən Lüksemburq ən yaxşılar arasında

Avropa Liqasının 1-ci turundan sonra statistik göstəricilər açıqlanıb.

 

Newsport.az-ın məlumatına görə, turnirin bombardirləri hərəyə 2 qol vurmuş Artem Dzyuba (Rusiya) və Stevan Yovetiçdir (Monteneqro). Malta yığmasının üzvü Lyuk Qembin 2 məhsuldar ötürmə ilə digər futbolçuları qabaqlayıb.

 

İlk turda ən çox qol vuran komanda Portuqaliya millisidir - 4 top. Ən dəqiq ötürmə edən komandalar İngiltərə (90 faiz) və İrlandiya (90 faiz) milliləridir. İspaniya 3-cü (89 faiz), Şotlandiya 4-cü (88 faiz), Portuqaliya 5-cidir (88 faiz).

 

İlk turda ən çox qapıya zərbə endirən komanda İngiltərə millisi olub - 26 dəfə. Çexiya 2-ci (20), Azərbaycan millisini Bakıda məğlub edən Lüksemburq 3-cüdür (19). İtaliya və Kosovo milliləri də 19 zərbə ilə ilk 5-likdədirlər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right