Roman Qriqorçukun yeni iş yeri məlum oldu

“Qəbələ”nin keçmiş baş məşqçisi Roman Qriqorçukun yeni iş yeri müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, 55 yaşlı mütəxəssis Belarusun “Şaxtyor” klubunun baş məşqçisi təyin edilib. Ukraynalı çalışdırıcı bu vəzifədə yerlisi Yuri Vernidubu əvəzləyib.

Soliqorsk təmsilçisi müqavilənin şərtlərini açıqlamayıb.

Roman Qriqorçukun köməkçiləri Andrey Qluşenko, Anatoli Korotya və Mixail Savka olacaqlar. 

Qriqorçuk 2015-2018-ci illər aralığında “Qəbələ”ni çalışdırıb və komandanı 2 dəfə Avropa Liqasının qrup mərhələsinə daşıyıb. O, "qırmızı-qaralar"dan ayrıldıqdan sonra Qazaxıstan təmsilçisi "Astana"nın baş məşqçisi olub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right