"Vulverhempton" 40 milyona 18 yaşlı hücumçu aldı

İngiltərənin "Vulverhempton" klubu "Portu"nun mərkəz hücumçusu Fabiu Silvanın transferini bitirib.

 

Newsport.az "Record" nəşrinə istinadla xəbər verir ki, "canavarlar" bu keçid üçün 40 milyon avro təzminat ödəməyi qəbul edib. 18 yaşlı futbolçu ilə uzun müddətli müqavilənin şərtləri razılaşdırılıb.

 

Bu keçid Premyer Liqa təmsilçisinin tarixində ən bahalı transferdir.

 

Portuqaliyalı futbolçu "Portu"nun yetirməsidir.

 

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov "Vulverhempton"un üzvüdür. Klub 21 yaşlı futbolçunu İsveçrənin 2-ci liqa təmsilçisi "Qrasshopers"ə icarəyə verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right