Azərbaycan millisinin keçmiş futbolçusu Cihan Özkaranın yeni klubu müəyyənləşib.
Newsport.az xəbər verir ki, 29 yaşlı hücumçu karyerasını Türkiyə I Liqa təmsilçisi "İstanbulspor"la 3 illik müqavilə imzalayıb.
Özkara ötən mövsümü Almaniyanın Regional Liqa təmsilçisi "Rot-Veis Oberhauzen"də keçirib. Cihan Azərbaycan millisində keçirdiyi 18 oyunda 1 qol vurub.
Türkiyəli futbolçu Azərbaycanda "Simurq" klubunun formasını geyinib.