"Barselona" Memfis Depay üçün hərəkətə keçdi

"Barselona" "Lion"un hücumçusu Memfis Depayı transfer etmək üçün hərəkətə keçib.

 

Newsport.az "La Vanguardia"ya istinadla xəbər verir ki, katalonlar baş məşqçi Ronald Kumanın tələbi ilə niderlandlı futbolçu üçün 25 milyon avro təklif göndərib. Məlumata görə, "Barsa" 26 yaşlı hücumçu ilə ilkin razılıq əldə edib.

 

"Lion" Niderland millisinin üzvünü 2017-ci ildə "Mançester Yunayted"dən 16 milyon avroya transfer edib. Qana əsilli futbolçunun Fransa klubu ilə müqaviləsinin başa çatmağına 1 il qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right