Maqaye Qeyenin yeni klubu müəyyənləşdi

"Qarabağ"dan ayrılan Maqaye Qeye karyerasını Türkiyədə davam etdirəcək.

 

Newsport.az-ın məlumatına görə, 30 yaşlı futbolçu I Liqa təmsilçisi "Adanaspor"la razılığa gəlib. Hücumçunun transferi bu gün axşam saatlarında açıqlanacaq.

 

Qeye ötən mövsüm Ağdam klubunda keçirdiyi 28 oyunda 8 qol vurub. Seneqallı oyunçu daha öncə 2015-2018-ci illərdə "Adanaspor"da çıxış etmişdi. Maqaye Qeye "Strasburq", "Everton", "Brest", "Milluol" və "Osmanlıspor" klublarında da oynayıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah