"Mən getmək istədim, amma imkan vermədilər" - Messi

"Barselona"nın kapitanı Lionel Messi Kataloniya klubundan ayrılmaq qərarını dəyişib.

Newsport.az-ın məlumatına görə, bu barədə argentinalı hücumçu goal.com-a açıqlamasında deyib. O bildirib ki, növbəti mövsüm də La Liqa təmsilçisində çıxış edəcək: "Narazı idim, getmək istəyirdim. Amma bunu etməyimə icazə vermədilər. Məhkəmə işləri ilə məşğul olmamaq üçün burada qalıram. Bartomeunun başçılıq etdiyi rəhbərlik sadəcə faciədir.

"Barselona"da oynamağa davam edəcəyəm. Getmək istəsəm də, meydandakı münasibətim dəyişməyəcək. Bu klub üçün əlimdən gələni edəcəyəm.

Mən həmişə qazanmaq istəyən biriyəm. Mən rəqibət aparmağı sevirəm və məğlubiyyəti sevmirəm. Klub və özüm üçün ən yaxşısını istəyirəm.

Çempionlar Liqasını qazanmaq üçün lazımi dəstəyi almadığımızı söyləmişdim. Əslində indi nə olacağını bilmirəm. Yeni məşqçimiz və yeni fikirlərimiz var. Bu, yaxşı bir şeydir, amma komandanın buna necə reaksiya verəcəyini və hansı yerə gələcəyimizi görəcəyik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right