Abubakar "Beşiktaş" üçün tibbi müayinədən keçəcək

"Beşiktaş" "Portu"nun hücumçusu Vinsent Abubakarı transfer etməyə hazırlaşır.

 

Newsport.az-ın məlumatına görə, bu barədə klubun idarə heyətində yer alan Erdan Torunoğulları məlumat verib:

 

"Abubakar "Portu" ilə müqaviləsini ləğv edə bilər. Özü ilə danışmışıq. Əgər qərar versək, o, tibbi müayinədən keçəcək. Deyəsən, onun zədəsi davam edir və buna görə də Abubakarı aldatmaq istəmirik".

 

Kamerunlu hücumçu dizindən aldığı ağır zədəyə görə son iki mövsüm keçirdiyi 21 oyunda 6 qol vurub. Abubakar 2016/17 mövsümündə icarə əsasında "Beşiktaş"da çıxış edib. 28 yaşlı futbolçu İstanbul təmsilçisinin Super Liqa çempionu olduğu mövsümdə keçirdiyi 38 qarşılaşmada 19 qol vurub, 4 məhsuldar ötürmə etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right