Koutinyo "Barselona"ya qayıtdı, məşqə başladı

"Bavariya" ilə icarə müqaviləsi başa çatan Filippe Koutinyo müqavilə ilə məxsus olduğu "Barselona"ya qayıdıb.

Newsport.az klubun Tvitter səhifəsinə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi komandanın hazırlıqlarına qoşulub. Braziliyalı oyunçuya sentyabrın 8-dək istirahət verilsə də, o, komanaya erkən qoşulmağa qərar verib.

"Mundo Deportivo"nun yazdığına görə, yeni baş məşqçi Ronald Kuman Koutinyoya güvənmək fikrindədir.


Qeyd edək ki, Koutinyo "Bavariya" ilə Çempionlar Liqasında son mövsümün qalibi olub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right