"Barselona"nın prezidenti korrupsiyada ittiham olunur

"Barselona" klubunun prezidenti Xosep Bartomeu korrupsiyada ittiham olunur. Newsport.az "El Mundo" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərinin aparılan əməliyyatlardan şəxsi mənfəət götürdüyü iddia edilir.

Bartomeunun rəqiblərinə və futbolçular Lionel Messi ilə Jerar Pikeyə qarşı kiberhücumlar təşkil etdiyi deyilir. Daha əvvəl İspaniya mediası həmin kiberhücumları klubun sifariş etdiyini yazmışdı.

Klup prezidenti prokurorluğun bu məsələ ilə bağlı iddialarını rədd edib. 

Qeyd edək ki, Xosep Bartomeu 2014-cü ildən "Barselona"nın prezidentidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right