Azərbaycan millisində oynamış futbolçu Ermənistan klubunda

Azərbaycanın aşağı yaş millilərinə çağırılmış Məhəmməd Musalov karyerasını Ermənistanda davam etdirəcək.

 

Newsport.az-ın məlumatına görə, "Anji"nin yetirməsi olan 26 yaşlı müdafiəçi "Pünik"lə müqavilə imzalayıb.

 

Dağıstan əsilli futbolçu ilə onun qardaşı Tahir 2012-ci ilin 10-20 iyun tarixlərində Azərbaycanın U-19 millisinin Litvanın Palanqa şəhərində keçirdiyi təlim-məşq toplanışında iştirak edib. AFFA-nın milliləşdirdiyi futbolçu U-21 yığmasında da toplanışda olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right