Messinin taleyi bu gün bəlli olur

"Barselona"nın forvardı Lionel Messinin klubdakı gələcəyi bu gün bəlli olur. Newsport.az xəbər verir ki, argentinalı futbolçunun atası Xosep Bartomeu ilə görüşüb.

“TyC Sports” jurnalisti Martin Arevalo Messinin komandada qalacağını iddia edib. O, 33 yaşlı futbolçununun müqaviləsinin sonuna qədər (2021) ”Barselona” forması geyinəcəyini bildirib.

Ancaq dünən hava limanında jurnalistlərə qısa açıqlama verən ata Messi oğlunun Kataloniya təsmilçisində qalmasının çətin olduğunu vurğulamışdı. Bununla yanaşı, tərəflər arasında keçirilən görüşdə razılıq əldə olunmayıb.

Əgər rəhbərlik Leo üçün 700 milyon avro tələbini qüvvədə saxlasa, oyunçunun məşqlərdən imtina edəcəyi bildirilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right