“Atletiko”nun futbolçusu rəsmən “Beşiktaş”da

“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.
 
Newsport.az xəbər verir ki, Super Liqa təmsilçisi Madrid “Atletiko”sunun müdafiəçisi Fransisko Monteronu icarəyə götürüb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı ispan futbolçu mövsümün sonunadək İstanbul klubunun uğurları üçün çalışacaq.
 
Montero “Atletiko”nun öz yetirməsidi. İspaniya klubu onu geridə qalan mövsümdə “Deportivo”ya icarəyə vermişdi. Fransisko həm də İspaniyanın gənclərdən ibarət yığmasının üzvüdür.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right