“Bavariya”dan Koutinyo ilə bağlı yekun qərar

Almaniya çempionu “Bavariya” “Barselona”dan icarəyə götürdüyü Filippe Koutinyo ilə yollarını ayırıb.
 
Newsport.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb.
 
Braziliyalı hücumameylli yarımmüdafiəçinin birdəfəlik alınması gözlənilsə də, son anda bu hüquqdan istifadə etməməyə qərar verilib. Beləliklə, o, müqavilə ilə məxsus olduğu "Barselona"ya qayıdıb.
 
Qeyd edək ki, Koutinyo ötən mövsümün əvvəlindən "Bavariya"da icarə əsasında çıxış edirdi. Braziliyalı futbolçu 2018-ci ildə “Liverpul”dan Kataloniya klubuna transfer olunub.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right