"Fənərbaxça"dan "Hannover"ə keçir

"Fənərbaxça" yarımmüdafiəçisi Tolqay Arslanla yollarını ayırmağa qərar verib.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi türkiyəli futbolçunun müqaviləsini qarşılıqlı razılıq əsasında pozacaq.

30 yaşlı futbolçu Almaniyanın "Hannover" klubu ilə danışıqlar aparır. II Bundesliqa təmsilçisinin baş məşqçisi Kənan Koçakın tələbi ilə transferin növbəti həftə rəsmiləşəcəyi gözlənilir.

2019-cu ilin yanvarında "Beşiktaş"dan "Fənərbaxça"ya keçən Tolqay "sarı-lacıvərdli" formada keçirdiyi 33 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right