Forlan istefaya göndərildi

Uruqvayın “Penyarol” klubu baş məşqçisi Dieqo Forlanla yollarını ayırıb.
 
Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Forlanın müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Onu baş məşqçi postunda Mario Sapaleqi əvəzləyib.
 
41 yaşlı məşqçi 2019-cu ilin dekabrından “Penyarol”u çalışdırırdı.
 
Futbolçu karyerası ərzində “Mançester Yunayted”, “İnter”, “Atletiko” kimi klublarda çıxış edən Forlan, Uruqvay millisində də 112 oyuna çıxıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right