Rakitiç "Sevilya"ya qayıdır

“Barselona”nın futbolçusu İvan Rakitiç sabiq klubu “Sevilya”ya qayıtmağa yaxındır.

Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı  yarımmüdafiəçi yaxın günlərdə tibbi müayinədən keçəcək. Xorvatiyalı oyunçunun 2 illik müqavilə imzalayacağı gözlənilir.
 
Xəbərdə o da qeyd olunub ki, Kataloniya klubunun Rakitiçlə 2021-ci ilin yayınadək müqaviləsi olduğu üçün “Sevilya” qarşı tərəfə təzminat ödəməli olacaq.

Qeyd edək ki, İ.Rakitiç və Lionel Messi komandanın yeni mövsüm öncəsi ilk məşqində iştirak etməyiblər.

Xatırladaq ki, Rakitiç 2014-cü ildən “Barselona”da oynayır. O, 2011/14-cü illərdə “Sevilya”da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right