"PSJ-də qalıram" Neymar

PSJ-nin futbolçusu Neymar klubdakı gələcəyi haqda danışıb.

Newsport.az Fransa mətbuatına istinadən xəbər verir ki, braziliyalı hücumçu karyerasına Paris klubunda davam etmək istədiyini deyib:

“PSJ-də qalıram. Çempionlar Liqasının qalibi olmaq üçün yenidən finala çıxmaq istəyirəm. Klub tarixinə düşmək niyyətindəyəm. Bu düşüncə mənə motivasiya verir. Əsas fikrim komandamla birgə Çempionlar Liqasının qalibi olmaqdır. Şəxsi mükafatlarla maraqlanmıram. Çünki yalnız kollektivlə çatmaq istədiyim hədəflər var. Komandaya gəldiyim ilk gündən bütün gücümü ortaya qoymuşam. Həmişə özümü meydanda tam göstərməyə çalışmışam. Ötən yay çətin bir dövrdən keçdim. Amma özümə həvəsdən düşməyə icazə vermədim. Yaşıl meydanlara qayıdanda nə ilə qarşılaşacağımı bilirdim. Lakin daha yaxşısını görmək üçün uyğunlaşmağa çalışdım. Bundan sonra hər şey düzgün istiqamətdə getməyə başladı. Ümid edirəm ki, PSJ klub olaraq daha da böyüməyə davam edəcək. Qazana bilmədiyimiz kubokları əldə etmək istəyirik. Bu, futbol tarixinə düşməyimiz üçün yaxşı şərait yaradacaq”.

Qeyd edək ki, Neymarın PSJ-dən ayrılacağı haqda xəbərlər yayılıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right