"Mançester Siti" Messi üçün bu qədər verir

"Barselona"nın kapitanı Lionel Messi klubu tərk etməyə yaxındır. Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı oyunçu karyerasını “Mançester Siti”də davam etdirə bilər.

Məlumata görə, “şəhərilər” ulduz futbolçu üçün Kataloniya klubuna 100 milyon avro ödəməyə hazırdır. Daha öncə komandanın baş məşqçisi Pep Qvardiolanın Messi ilə danışmaq üçün Barselonaya gəldiyi bildirilir.  

Xatrıladaq ki, 33 yaşlı hücumçu komanda ilə yeni mövsüm öncəsi tibbi müayindən keçməkdən imtina edib. “Barselona” rəhbərliyi Messini transfer etmək istəyən klubun 700 milyon avro ödəməli olduğunu bildirir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right