"Breşiya"nın ulduzu "Milan"a transfer oldu

"Milan" B Seriyasına düşən "Breşiya"nın yarımmüdafiıçisi Sandro Tonalini transferini bitirib.

 

Newsport.az "Tuttomercatoweb"ə istinadla xəbər verir ki, "qırmızı-qaralar" 20 yaşlı futbolçunu 10 milyon avro qarşılığında 1 illik icarəyə götürüb. Milan təmsilçisi mövsümün sonunda daha 15 milyon avro ödəyib, italiyalı oyunçunun transfer hüququna yiyələnəcək.

 

"Milan" daha 10 milyon avronu bosnular şəklində ödəyəcək. Növbəti satışdan 10 faizi "Breşiya"ya çatacaq.

 

Tonali ilə 5 illik razılıq əldə edilib. Onun illik maaşı 2 milyon avro olacaq.

 

Gənc futbolçu ötən mövsüm A Seriyasında keçirdiyi 35 oyunda 1 qol vurub, 7 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right