Dadaşovdan 7-ci qol

ABŞ USL çempionatında 10-cu turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, milli komandamızın oyunçusu Rüfət Dadaşovun formasını geyindiyi  “Finiks Rayzinq” səfərdə “Reno” ilə üz-üzə gəlib. Dutbolçumuz matça 64-cü dəqiqədə daxil olub və 77-ci dəqiqədə fərqlənib. Bununla da Dadaşov mövsümdə 7-ci qolunu vurub.

Buna rəğmən oyun ev sahibinin 2:1 hesanblı qələbəsi ilə başa çatıb.


Qeyd edək ki, “Finiks Rayzinq” 20 xalla B qrupunda liderdir.

Xatırladaq ki, Rüfət Dadaşov yığmamızın sentyabrın 5-də evdə Lüksemburq və sentyabrın 8-də səfərdə Kiprlə keçirəcəyi UEFA Millətlər Liqasının oyunlarına çağırılmayıb.


 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right