Almaniyada ilin futbolçusu seçildi

Almaniyada ilin ən yaxşı futbolçusu məlum olub.

Newsport.az-ın məlumatına görə, “Bavariya”nın hücumçusu Robert Levandovski bu ada layiq görülüb. “Kicker” nəşrinin Almaniya İdman Jurnalistləri Assosiasiyasının üzvləri arasında keçirdiyi sorğuda polşalı futbolçu 276 səslə qalib olub. Levandovski “Bavariya” ilə son mövsümdə iştirak etdiyi 47 oyunda 55 qol vurub.

İkinci sırada Tomas Müller (54), üçüncüdə Yozua Kimmix (49) yer alıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right