"Sauthempton" Leminanı icarəyə verdi

İngiltərə Premyer Liqasına yüksələn "Fulhem" heyətini gücləndirib..

 

Newsport.az-ın məlumatına görə, London təmsilçisi "Sauthempton"un yarımmüdafiəçisi Mario Leminanı 2 milyon avro qarşılığında bir mövsümlük icarəyə götürüb. Əgər Qabon millisinin üzvü Premyer Liqada mövsüm ərzində 20-dən çox oyun keçirsə, "Fulhem" daha 6 milyon avro ödəyib, futbolçunu transfer etməlidir.

 

"Sauthempton" 27 yaşlı futbolçunu 2017-ci ildə "Yuventus"dan 17,25 milyon avroya transfer edib. Lemina ötən mövsümü "Qalatasaray"da keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right