"Lids" Almaniya millisinin üzvü ilə müqavilə imzaladı

İngiltərənin "Lids" klubu daha bir transferini açıqlayıb.

 

Newsport.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi Almaniyanın "Frayburq" klubunun mərkəz müdafiəçisi Robin Koxu transfer edib. 24 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. "Ağlar" bu keçid üçün Bundesliqa klubuna 13 milyon avro təzminat ödəyib.

 

Kox 2017-ci ildə "Kayzerslautern"dən "Frayburq"a keçmişdi. O, 2 dəfə Almaniya millisində oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right