“Milan” millimizə cəlb olunan futbolçunu transfer etmək istəyir

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə yeni futbolçu cəlb olunub.

Newsport.az-ın məlumatına görə, “Başakşəhər”in müdafiəçisi Mərt Çelik yığmamızın sentyabrın 7-də Fransaya qarşı keçiriləcək Avropa çempionatının seçmə mərhələ oyununa çağırılıb.

Milliləşdirilən 20 yaşlı debütant buna qədər Türkiyənin U-19 və U-20 yığmalarında çıxış edib. “Başakşəhər” akademiyasında yetişən mərkəz müdafiəçisi 2019-cu ilin yanvarında İstanbul təmsilçisi ilə 4,5 illik peşəkar müqavilə imzalayıb.

Türkiyədə gələcəyi parlaq hesab edilən oyunçular arasında göstərilən Mərt “Başakşəhər”in əsas komandasında da debüt edib. O, keçən il Türkiyə kubokunda “Hatayspor”la (1:4) qarşılaşmada 90 dəqiqə meydanda olub.

Gənc futbolçu hətta ötən ilin yayında “Milan”ın transfer gündəminə də düşüb. Çelikin bir neçə oyununa baxan İtaliya klubunun skautları onu izləməkdə davam etmək qərarına gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right